AZ

ABŞ 2024-cü ildə Almaniyanın ən mühüm ticarət tərəfdaşı olub

Bakı. Trend:

2024-cü ildə Almaniya üçün ABŞ ən mühüm ticarət tərəfdaşıolub.

Trend “Spiegel”qəzetinə istinadən xəbər verir ki, ötən il iki ölkə arasındaticarət dövriyyəsinin həcmi 255 milyard avroya çatıb. Bu,Almaniyanın 2016-cı ildən bəri ilk dəfə olaraq Çin ilə müqayisədəABŞ-lə daha çox ticarət dövriyyəsi həyata keçirdiyini göstərir.

Almaniyanın ikinci ən böyük ticarət tərəfdaşı olan Çin iləqarşılıqlı ticarət dövriyyəsi isə 247 milyard avro təşkil edib. Bugöstərici üzrə Almaniyanın sonrakı ən mühüm ticarət tərəfdaşlarıarasında Niderland, Fransa və Polşa yer alır.

Qeyd edək ki, Almaniyanın Çin ilə ticarət dövriyyəsi 2022-ciildə təxminən 300 milyard avro olub. Ötən il isə xüsusiləavtomobillərin, avtomobil hissələrinin və digər nəqliyyatvasitələrinin ixracatında azalma müşahidə edilib. Bu, ümumilikdəAlmaniyanın xarici ticarət dövriyyəsində 2024-cü ildə 2 faiz azalmailə nəticələnib.

Ticarət dövriyyəsinin azalmasına səbəb isə avtomobil ixracatınınÇinə düşməsi və alman şirkətlərinin bu bazara alternativ bazarlaraxtarmasıdır. Bu alternativ bazarlardan biri isə Vyetnamdır. Ötənil Almaniya ilə Vyetnam arasında ticarət dövriyyəsi 11 faizdən çoxartıb.

Seçilən
51
3
az.trend.az

2Mənbələr