Bakı. Trend:
Amerikanın seçilmiş prezidenti Donald Trampın komandası DövlətDepartamentindən bəzi yüksək vəzifəli diplomatların istefasınıtələb edib.
Trend "WashingtonPost"a istinadən xəbər verir ki, bu addım, gedən Joe Bidenadministrasiyası ilə "həlledici fasilə" nümayiş etdirmək məqsədidaşıyır.
Nəşrin məlumatına görə, “onlarla diplomat” Trampınköməkçilərindən müvafiq göstəriş aldıqdan sonra yanvarın 20-dəgünorta saatlarında istefa verəcək. İstefa verəcək şəxslər arasındaABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass vədövlət katibinin enerji resursları üzrə köməkçisi Geoffrey Pyatt davar.
Bildirilir ki, onların yerinə Trampın birinci dövründə DövlətDepartamentinin icraçı katibi vəzifəsində çalışmış Liza Kennanıntəyin edilməsi gözlənilir. O, dövlət katibinin siyasi məsələlərüzrə müavini kimi fəaliyyət göstərə bilər.