Yeni dronların hücumu ehtimalı ilə bağlı xəbərlər fonunda Kazanda yeni partlayışlar baş verib.
Publika.az xəbər verir ki, bu barədə “Caution News” "Telegram" kanalı məlumat yayıb.
"Kazan sakinləri PUA-ların təhlükəsi ilə bağlı xəbərlər fonunda şəhər üzərində partlayışlar olduğunu bildirirlər", - məlumatda deyilir.
Yerli hava limanında “Xalça” planı elan edilib, təyyarələr müvəqqəti qəbul edilmir və hava limanından havaya qalxmır. İlkin məlumatlara görə, şəhərdə hava hücumundan müdafiə sistemi fəaliyyət göstərir.