AZ

Türkiyə buna görə Ermənistana təşəkkür etdi

Ermənistanın axtarışda olan iki nəfəri Türkiyəyə verdiyi barədə məlumat yaymışdıq.

Publika.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi bununla bağlı açıqlama yayıb və Ermənistanın əməkdaşlığını yüksək qiymətləndirib.

Qeyd edək ki, yanvarın 19-da Ermənistan İnterpolun sorğusuna cavab olaraq mütəşəkkil cinayətdə ittiham olunan iki şəxsi Türkiyəyə ekstradisiya edib.

Türkiyə Daxili İşlər Nazirliyi də öz növbəsində qeyd edib ki, ekstradisiya edilən şəxslərdən biri Erkan Yılmaz cinayət təşkilatına rəhbərlik edib, digəri isə İbrahim Kaymak bu qruplaşmanın üzvü olub.

Türkiyə departamenti Ermənistan ədliyyə nazirinin müavini Tiqran Daduntsa Ordu vilayətinin polis idarəsi ilə əməkdaşlığa görə təşəkkür edib.

Seçilən
26
1
publika.az

10Mənbələr