AZ

Serjio Konseysao “Yuventus”a məğlubiyyətə aydınlıq gətirdi

“Milan”ın baş məşqçisi Serjio Konseysao İtaliya A Seriyasının “Yuventus”la 21-ci tur səfər oyununu (0:2) şərh edib.

Arena.az “Milan News” dərgisinə istinadən, portuqal mütəxəssisin bu barədə fikrini təqdim edir:

“13 il əvvəl məşqçiliyə başlayanda mənim kiçik komandalarım və texniki cəhətdən əla olmayan, amma inanılmaz hərisliyi və istəyi olan komandalarım vardı. Həyatda da belədir: böyümək üçün məqsədlərimiz olmalıdır. “Milan”a gəlməklə, biz daha da artığını istəməliyik, çünki uğurumuzu, aclığımızı, arzumuzu və şəxsi məqsədlərimizi davam etdirməliyik, karyeramızın sonuna çatanda isə etdiklərimizlə fəxr etməliyik.

Gördüklərim yeni deyil, demək olar ki, “Milan”ın hər oyununu izlədiyim üçün bunu əvvəllər də hiss etmişəm. Futbolçuların münasibətini, zehniyyətini dəyişməli olan mənəm. Mən məşqçiyəm və bu məğlubiyyətin məsuliyyətini öz üzərimə götürürəm, çünki fasilədə, sonra ikinci hissədə yaxşı deyildim. Olsun, əgər qol buraxırıqsa və rəqib yaxşı idisə, bu təbiidir. Ancaq başqa bir xüsusa görə qol buraxanda bu, mənim üçün çətin olur və vəziyyəti dəyişmək bir məşqçi kimi məndən asılıdır”, deyə Serjio Konseysao vurğulayıb.

Bu mövsüm keçirdiyi 20 oyunda 31 xal toplamış “Milan” İtaliya A Seriyasının yarış cədvəlinin 8-ci pilləsində qərarlaşıb. “Yuventus” isə 21 oyundan 37 xalla 4-cü pillədədir.

A Seriyasına 21 oyunda 50 xal toplamış “Napoli” başçılıq edir.

Seçilən
52
arena.az

1Mənbələr