AZ

Azad edilən israilli qadının iki barmağı yoxdur -

Fələstinin HƏMAS hərəkatı tərəfindən girovluqdan azad edilən qadın iki barmağını itirib. Metbuat.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı bəyanatında qeyd edilib.

Məlumata əsasən, Emili Damari cari il oktyabrın 7-də HƏMAS silahlılarının hücumu zamanı yaralanıb və nəticədə iki barmağını itirib. O, digər iki girovla birlikdə Qəzza zolağından İsrail hərbçilərinə təhvil verilib.

Seçilən
37
metbuat.az

1Mənbələr