AZ

Böyük Britaniyanın Azərbaycandakı səfiri Şəhidlər Xiyabanını ziyarət edib

Bakı. Trend:

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld 20 Yanvarfaciəsinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarətedib.

Trend xəbərverir ki, bu barədə səfir özünün "X" səhifəsində yazıb.

"Qanlı 20 Yanvar hadisələrində azadlıqları və Azərbaycanınmüstəqilliyi uğrunda şəhid olan qəhrəmanları dərin hüznlə anıram",- səfir bildirib.

Qeyd edək ki, bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 35-ciildönümüdür.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizətarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanıntəcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlarahavadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarınaçıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinəqarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycandamisli görünməmiş faciəyə gətirib çıxardı.

Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəfvə ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarındankeçərək şəhidlik zirvəsinə ucaldılar.

Seçilən
15
2
az.trend.az

10Mənbələr