AZ

"AccessBank"ın kredit portfeli 138 milyon manat böyüyüb

Ötən ilin sonuncu rübündə "AccessBank" 1 milyard 151,5 milyon manat kredit portfelinə malik olub.

FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.

Kredit portfelinin həcmi  ötən ilin sonu ilə müqayisədə 137,8 milyon manat (13,6%) böyüyüb.

Onun da  239,1 milyon manatını istehlak,  901,9 milyon manatını biznes kreditləri, 10,5 milyon  manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.

2023-cü ilin sonu ilə müqayisədə istehlak kreditləri 11,6 milyon manat (5,1%), biznes kreditləri 121,8 milyon  manat (15,6%), ipoteka kreditləri 4,3 milyon manat (70,3%) böyüyüb.

Ümumi kredit portfelinin 49 milyon  manatını mümkün zərərlər üçün yaradılmış ehtiyat vəsaitləri təşkil edib.

Beləliklə, müştərilərə verilmiş xalis kredit məbləğinin həcmi 1 milyard  102,6 milyon manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 134,1 milyon manat, başqa sözlə 13,8% artım deməkdir.

Bununla yanaşı bu dövrdə istehlak kreditlərinin ümumi kredit portfelindəki payı 20,8%, biznes kreditlərinin payı 78,3%, ipoteka kreditlərinin payı isə 0,9% olub. Ötən ilin dördüncü rübündə istehlak kreditlərinin ümumi kredit portfelindəki payı 22,4%, biznes kreditlərinin payı 76,9%, ipoteka kreditlərinin payı isə 0,6% təşkil edib. Biznes kreditlərinin payı ötən ilin sonu ilə müqayisədə 1,4%, ipoteka kreditlərinin payı isə 0,3% yüksəlib.

Seçilən
48
fed.az

1Mənbələr