AZ

Xalq artisti 20 Yanvardan yazdı: O gecə xəstəxanada yatırdım

“1990-cı il o gün, 20 yanvar qaranlıq, qara buludlu qanlı yanvar gecəsi! Silah səsləri, insanların fəryadı, göz yaşları indi də qulaqlarımdadı. Bakının üzərini almış qara buludlu gecədə 4 nömrəli xəstəxanada yatırdım, o gecə nə qədər yaralılar gətirirdilər xəstəxanaya!”


OLAY yazır ki, bu sözləri Xalq artisti, görkəmli aktrisa Mələykə Əsədova 20 Yanvar xatirələrini bölüşərkən yazıb. 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar paylaşım edən sənətçi bu gecəni heç vaxt unutmayacağını bildirib. 


O, sonda vətən uğrunda canını fəda edən şəhidlərimizə Allahdan rəhmət diləyib. 

Seçilən
15
11
olay.az

10Mənbələr