AZ

ABŞ İranın nüvə obyektlərinə zərbələr endirməyə ÇAĞIRDI

Ajans.az xəbər verir ki, respublikaçı senator Lindsi Qrem belə bir addım atmağa çağırıb.

Senatorun fikrincə, İran proqramının diplomatiya yolu ilə zəiflədilməsi şansı çox kiçikdir. Qrem vurğulayıb ki, onun hərbi tədbirlərlə pozulma ehtimalı, əksinə, 90 faizdir.

“Beləliklə, prezident Trampla müzakirə edəcəyim növbəti mövzu İranın nüvə proqramını məhv etmək məqamından istifadə etməkdir, çünki ifşa olunub”, - ABŞ senatoru bildirib.

Yanvarın 3-də məlum olub ki, ABŞ prezidenti vəzifəsini tərk edən Co Bayden öz komandası ilə İranın nüvə obyektlərinə zərbələr endirməyi müzakirə edib.

Seçilən
9
Ajans.az

1Mənbələr