AZ

Messi DÇ-2026-da oynayacaq?

"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatında oynamaq şansları ilə bağlı nikbindir.

Publika.az xəbər verir ki, o, TN-ə açıqlamasında vəziyyətini belə şərh edib:

“Biz mövsümöncəsi təlim-məşq toplanışları keçiririk, hələ bir neçə məşqimiz var. Bu, bizə yeni məşqçi ilə inkişaf etməyə və təkmilləşməyə davam etməyə kömək edir.

Dünya Kuboku 2026? İl təzə başlayır, böyük arzu və həvəslə başlayıram. Ümid edirəm ki, özümü yaxşı hiss edəcəm və mövsümöncəsini yaxşı keçirə biləcəyəm ki, rəsmi oyunlar üçün ən yaxşı formada olum”.

Seçilən
22
publika.az

1Mənbələr