20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Tbilisinin Poniçala qəsəbəsində anım tədbiri keçirilib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşlarının da iştirak etdiyi tədbirdə 20 Yanvar - 9 Aprel şəhidləri abidəsinin önünə qərənfillər düzülüb.
Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi sakinlərlə söhbətində Azərbaycanın müstəqilliyinin və suverenliyinin bərpasında əslən Gürcüstandan olan şəhidlərin müstəsna rol oynadıqlarını qeyd edib. O, sakinlərə şahidlərin xatirəsini yad etdiklərinə görə təşəkkür edib.
Gürcüstan azərbaycanlılarının daim Azərbaycanın yanında olduğunu qeyd edən qəsəbə ağsaqqalları Azərbaycanın Gürcüstandakı səfirliyinə təşəkkür ediblər.