AZ

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlərxiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

Trend xəbər verir ki,dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklilqoydu.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

X X X

Qanlı 20 Yanvar faciəsindən 35 il keçir. Azərbaycanın müasirtarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızınqəhrəmanlıq səhifəsi kimi daxil olan 20 Yanvar hadisələri millimüstəqillik, azadlıq uğrunda mübarizənin və yenilməz iradəninrəmzinə çevrilib. Keçmiş sovet ordusunun cəza tədbirlərinə məruzqalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini dahaucadan bəyan etmişdi. Düz 35 il əvvəl doğma yurdunun, xalqınınazadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvərAzərbaycan övladları həmin qanlı gecədə canlarından keçərəkşəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycandatörətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımızo dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divantutan sovet imperiyasının ovaxtkı rəhbərlərinə və onlarınAzərbaycandakı əlaltılarına dərin nifrətini bildirir.

Keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli,ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən təcavüzkarErmənistanın açıq-aşkar dəstəklənməsinə və respublikanın ozamankırəhbərliyinin xəyanətkar mövqeyinə etiraz olaraq ayağa qalxmışgeniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbibirləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misligörünməmiş faciə, günahsız insanların həlak olması ilə nəticələndi.Sanki bunları görməyən Azərbaycanın ovaxtkı səriştəsizrəhbərlərinin yenə də xalqla bir olmağa cəsarəti çatmadı.

Həmin vaxt Moskvada yaşayan Ümummilli Liderimiz Heydər Əliyevhəyatını təhlükə altında qoyaraq, faciənin ertəsi günü Azərbaycanındaimi nümayəndəliyinə gəldi, Qanlı Yanvar qırğınını törədənləripisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilənmüsibəti dünyaya çatdırdı. Bununla da Ulu Öndər cəsarətini,mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübutetdi.

Əslində, ermənilərin fitvası ilə törədilmiş bu cinayətAzərbaycan xalqının iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi.Xalqımız qanı bahasına da olsa istəyinə - azadlıq və müstəqilliyinəqovuşdu və bu nailiyyəti heç vaxt əlindən verməyəcək.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın rəhbərliyinəqayıtdıqdan sonra - 1994-cü ildə 20 Yanvar hadisələrinəsiyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adlarıictimaiyyətə çatdırıldı. 20 Yanvar Ümumxalq Hüzn Günü elanedildi.

Bu gün Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarınınxatirəsini dərin ehtiramla yad edir. Vətənimizin azadlığı uğrundamübarizədə canlarından keçən şəhidlərin xatirəsi daim əziztutulduğu kimi, onların ailə üzvləri, doğmaları da hər zaman dövlətqayğısı ilə əhatə olunub. 20 Yanvar hadisələrində sağlamlığınıitirən əlillərin də sosial müdafiəsi, pensiya təminatı hər zamanAzərbaycan Prezidenti İlham Əliyevin diqqətindədir. 20 Yanvarşəhidlərinin ailə üzvlərinin və əlillərin sosial müdafiəsinin təminolunması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Şəhidailələrinin pensiya təminatı, mənzil şəraitinin yaxşılaşdırılması,yaşayış səviyyəsinin yüksəldilməsi ilə bağlı mükəmməlqanunvericilik bazası yaradılıb.

Əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin, ölkəmizinmüstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarındankeçmiş bütün şəhidlərin ruhları bu gün şaddır. Çünki 2020-ci ildəAzərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoydu,torpaqlarımızı erməni işğalından azad etdi. 2023-cü ilinsentyabrında həyata keçirilən uğurlu antiterror tədbirlərinəticəsində isə suverenliyimiz tam bərpa olundu. İndi bütünərazilərimizdə Azərbaycanın üçrəngli Bayrağı dalğalanır. İşğaldanazad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri sürətlədavam edir, Böyük Qayıdış Proqramı uğurla icra olunur. Bununnəticəsidir ki, işğaldan azad olunmuş ərazilərdə hazırda ümumilikdə30 mindən çox insan yaşayır.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpaolunması bütün şəhidlərimizin, o cümlədən 20 Yanvar faciəsiqurbanlarının qanının yerdə qalmadığının sübutudur. Buna görə dəxalqımız 20 Yanvar faciəsinin 35-ci ildönümünü də xüsusi qürurhissi ilə qeyd edir.

Seçilən
0
34
az.trend.az

10Mənbələr