Bunu Ağ Evin keçmiş baş strateqi və Trampın keçmiş müşaviri Stiv Bannon "Politico"ya müsahibəsində deyib.
Onun sözlərinə görə, Tramp Ukraynaya dəstəyin dayandırılması prosesində ləngiyərsə, ABŞ-nin məlum münaqişədə daha da dərinə sürüklənmək riski yaranır. Bannon ABŞ-ni Vyetnam müharibəsindən çıxarmaq istəyən, lakin buna nail ola bilməyən Riçard Niksonun da oxşar problemlə üzləşdiyini xatırladıb.
“Ehtiyatlı olmasaq, bu, Trampın “Vyetnam”ına çevriləcək. Riçard Niksonun başına gələn də məhz oxşar hadisə idi. Nəticədə Niksonmüharibənin ağırlığını çəkdi. Vyetnamdakı hadisələr onun sələfi Lindon Consonun deyil, Riçardın ağır müharibəsinə çevrildi...”, - ekspert qeyd edib.
Tural Tağıyev
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta