AZ

Xəyal Nəcəfov “200”ə çatdı

Azərbaycan Premyer Liqasının 19-cu turunun “Kəpəz”lə səfər oyunu “Turan Tovuz”un yarımmüdafiəçisi Xəyal Nəcəfov üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, 27 yaşlı Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.

Onun yubileyi ötən gün baş tutan qərb derbisinə təsadüf edib. Yarımmüdafiəçi “Kəpəz”lə səfər matçın (2:5) gedişində meydana çıxıb. Premyer Liqada debütü 2014/2015 mövsümündə gerçəkləşən Xəyal 200 oyunda 6 qol vurub.

Xəyal indiyə qədər üç klubda forma geyinib. Nəcəfov “Sumqayıt”da 105 (2 qol), “Neftçi”də 17, “Turan Tovuz”da 78 (4 qol) dəfə şans qazanıb.

Xəyal Nəcəfov 2022-ci ilin iyul ayından “Turan Tovuz”da çıxış edir. 27 yaşlı futbolçu Tovuz klubunun heyətində 85 oyuna çıxıb, 5 qol vurub və 8 məhsuldar ötürmə müəllifi olub.

Nəcəfov daha öncə “Sumqayıt” və “Neftçi”nin də uğurları üçün çalışıb. O, Azərbaycan milli komandasında da 3 oyun keçirib.

Seçilən
14
14
arena.az

10Mənbələr