AZ

Qocalar evində yanğın: 8 ölü

Serbiyanın paytaxtı Belqradın Barajevo rayonunda qocalar evində yanğın baş verib.

Bakıvaxtı.az  bu barədə xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, baş vermiş yanğında 8 nəfər ölüb, 7 nəfər isə yaralanıb.

Xarici mətbuatda yanğından 13 nəfərin xilas edildiyi bildirilsə də, qocalar evində təxminən 30 nəfərin qaldığı qeyd edilib.

Nuriyyə Musayeva

Seçilən
31
bakivaxti.az

1Mənbələr