AZ

Gürcüstanın Azərbaycandakı səfiri 20 Yanvar faciəsi şəhidlərini yad edib (FOTO)

Bakı. Trend:

Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri Zurab PataradzeAzərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinrəhbərləri və Gürcüstan səfirliyinin əməkdaşları ilə birlikdə 35 iləvvəl vətənin azadlığı uğrunda şəhid olanların xatirəsini ehtiramlayad edib.

Trend xəbərverir ki, bu barədə səfirliyin "Facebook" səhifəsində paylaşımedilib.

"1990-cı il yanvarın 20-də sovet qüvvələrinin nümayişçilərəqarşı vəhşicəsinə basqınları nəticəsində dinc sakinləröldürüldü.

Onların xatirəsini ehtiramla yad etmək üçün diplomatiknümayəndəliklərin rəhbərləri “Şəhidlər xiyabanı”nda Vətən uğrundacanlarından keçmiş şəhidlərin məzarlarına gül-çiçəkləbəzədilər.

20 Yanvar Azərbaycan xalqının yaxın tarixinə ən faciəli, eynizamanda, qəhrəmanlıq səhifələrindən biri kimi, Vətənin azadlığı vəərazi bütövlüyü uğrunda mübarizə günü kimi daxil olub"

Qeyd edək ki, bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 35-ciildönümüdür.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizətarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanıntəcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlarahavadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarınaçıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinəqarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycandamisli görünməmiş faciəyə gətirib çıxardı.

Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəfvə ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarındankeçərək şəhidlik zirvəsinə ucaldılar.

Gürcüstanın
Məqalədə:
Seçilən
3
3
az.trend.az

10Mənbələr