AZ

MSK sədri: bələdiyyə seçkilərinin ilkin nəticələri ən geci yanvarın 30-da bəlli olacaq

Azərbaycanda fəaliyyət göstərən 26 siyasi partiyadan 23-ü seçkilərdə iştirak edir

Xezerxeber.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, siyasi partiyalar ilə aparılan sıx əməkdaşlıq, qurulan əlaqələr 2020-ci ildəki qələbədən sonra müxtəlif partiyalar ilə hakimiyyət dairəsi arasında olan münasibətlərdə özünü göstərib.

“Ötən bələdiyyə seçkilərinə siyasi partiyalar o qədər də ciddi yanaşmırdılar. Amma bu seçkilərdə 23 siyasi partiya iştirak edir”,-o deyib.

MSK sədri ki, 70 mindən artıq müşahidəçi qeydə alınıb və 1000 məntəqədə veb-kameralar fəaliyyət göstərəcək. 

Onun sözlərinə görə, bələdiyyə seçkilərinin ilkin nəticələri ən geci yanvarın 30-da bəlli olacaq: "Çünki prezident və parlament seçkilərindən fərqli olaraq, hesablamalar aparmaq çətindir. Protokolların hesabatlarına aparmaq yetəri qədər vaxtaparan prosesdir. Biz gün boyu dairə və məntəqə komissiyaları ilə əlaqədə oluruq, lakin namizədlərin sayının çoxluğunu nəzərə almaq lazımdır".

Seçilən
21
50
xezerxeber.az

10Mənbələr