Gördüyünüz bu paltar yuyan maşını Baku Electronics bizə sırıyıb.
3 ay bundan əvvəl 1000 manatda nağd verib almışam. 87 manat da "silver zəmanətinə" vermişəm. İndi də satdıqları Bosch markası həm yararsız, bütün paltarları tiftikləndirir, saplarını çıxardır,həm də müstəqil ekspert baxışı ilə outlet mal olması qənaətinə gəlmişik. Bundan əlavə malı bizə satarkən "saxta endirim" tətbiq ediblər. Sənədlərlə sübut edəcəm. Malın qiymətini vitrində 1449 manat qoyublar, guya 550 manat endirim ediblər. Halbu ki, daha sonra həm sədərəkdə, həm digər mağazalar şəbəkələrində bu malın bazar satış qiyməti heç 800 manatı adlamır. Beləliklə buradan da aydın sübut olunur ki, Baku Electronic saxta, həqiqətə uyğun olmayan endirim tətbiq edərək həm istehlakcı hüquqlarımı pozub, həm də küllü miqdarda pul vəsaitimi ələ keçirib.
Məhsulu 87 manat verib silver zəmanət etdirmişəm, özlərinin inşaatcılar filialında ərizə yazdım ki, bu mal "defektdir" , outlet maldır, kifayət qədər əsaslarım var, lakin heç bir xeyri olmadı. Belə qənəatə gəldim ki ödədiyim 87 manatı da silver zəmanət adı ilə məni aldadıb pulumu ələ keçirmək siyasətini güdüblər. İndi bunlarla yazışmağın, qarşılıqlı dialoqun heç bir xeyri olmadığı qənaətinə gəlmişəm. Mən ilk əvvəl məhkəmədən öncə akdadılmağım, pul əmlakımın Baku elektronic tərəfindən dələduzluq yolu ilə saxta kampaniya adı altında alınması, əsası olmayan silver zəmanət güvənini verib pulumun mənimsənilməsi ilə bağlı polisə müraciət etməyim məqsədə uyğundur? Yoxsa Anti inhisara müraciət etsəm daha yaxşı olar? Məhsula müstəqil ekspert dəvət etmişəm və baxış keçirilib ki, mal outletdir. Yəni əvvəl sökülüb sonra yığılıb yeni adı ilə mənə satılıb.