“Çelsi” ilə “Kayrat” arasında aparılan danışıqlar müsbət nəticələnib.
Qazaxıstanın gənclərdən ibarət yığmasının hücumçusu Dastan Satpayev karyerasını “Çelsi”də davam etdirəcək. Qazaxıstan mətbuatının məlumatına görə, londonlular 16 yaşlı futbolçunun transferi ilə bağlı “Kayrat”la razılığa gəliblər. Transferin gələn həftə rəsmən açıqlanacağı gözlənilir. Hələlik müqavilənin təfərrüatları haqda məlumat verilməyib.
Qeyd edək ki, “Kayrat”ın gənclərdən ibarət komandasının üzvü olan Dastan 2024-cü ilin dekabrında “Çelsi”də baxışdan keçib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta