Braziliyanın "Flamenqo" komandasının baş məşqçisi Felipe Luis "Qarabağ"dan transfer etdikləri Olavio Juninyo barədə fikirlərini bölüşüb.
Fanat.Az "Uol.com"a istinadən xəbər verir ki, 39 yaşlı mütəxəssis belə danışıb:
"Juninyo bizə çox kömək edəcək. O, böyük hədəfləri olan futbolçudur. Heyətin səviyyəsini yüksəldəcək".
Qeyd edək ki, Juninyo 2023-cü ildən "köhlən atlar"ın formasını geyinib. Misli Premyer Liqasının və Azərbaycan Kubokunun qalibi olan forvard Ağdam klubunda 80 matça çıxaraq 42 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.