Azərbaycanın Eritreyada saxlanılan gəmiləri ilə bağlı danışıqlarda müsbət dinamika var. Bunu Xarici İşlər Naziri Ceyhun Bayramov bildirib.
"Noyabrdan baş verən prosesdir. Üzərindən xeyli vaxt keçib. İlk məlumat daxil olan kimi XİN-nin diplomatik missiyaları fəaliyyətə başladı. Bildiyimiz kimi bizim orada diplomatik təmsilçiliyimizi yoxdur. Qarşı tərəflərlə Ankara, Moskva səfirlikləri vasitəsilə də danışıqlar aparırıq. Təmaslar qurulub. Son həftələrdə müsbət dinamikanı görürük",- Ceyhun Bayramov 20 yanvar şəhidlərini ziyarət edərdək jurnalistlərə açıqlamasında bildirib.
Aytac Zeynalova
www.anews.az