20 Yanvar hadisələrinin 35-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərliyi və kollektivi Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini ehtiramla anıb.
Bu barədə XQ-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Prokurorluq əməkdaşları şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoyub, ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini hörmət və ehtiramla yad ediblər.