“Open doors” təşkilatı 2025-ci ildə növbəti statistik məlumatları dərc edib. Belə ki, dərc olunan “Xristianların təqib edilməsi ilə bağlı sənəddə Hindistan artıq 4 ildir ki, ön sıralarda, ikinci ildir ki, 11-ci yerdə qərarlaşıb. 2025-ci il sənədində qeyd olunub ki, dünyada xristian dininə görə saxlanılan 4 744 nəfərin 2 000-dən çoxu Hindistanın payına düşür.
Heç şübhəsiz ki, bu cür hallar keçmiş faktlara dayanır. Məlum məsələdir ki, bütün dünyada xristianlara qarşı təqiblər aparılır. Hindistanda isə bu təqiblər dözülməz haldadır. Belə ki, xristianlığı qəbul edənlər öz inanclarından əl çəkmələri üçün həddindən artıq təzyiq və təqiblərə məruz qalırlar. Cəzalar isə çox sərtdir. Xristian dininə sitayiş edənlər ya zorakılığa məruz qalır, ya da döyülür. Əslində, Hindistanda xristianların 60%-dən çoxu birbaşa təqiblərlə üz-üzədir.
Digər şokedici məlumat ondan ibarətdir ki, dünyadakı əlçatmaz insan qruplarının üçdə biri Hindistandadır!
Hindu millətçiləri inanırlar ki, hindu olmaq Hindistanda doğulmaq və insanlar üçün xüsusi bir bağa sahib olmaqdır. Hansı dindən, siyasi mövqedən və ya inancından asılı olmayaraq Hindistanda doğulmayanların hamısına qarşı ayrı-seçkilik edir. 2014-cü ildə hindu milliyətçisi elan edilən Narendra Modi Hindistanın baş naziri seçildi. Onun həm xristianlara, həm də müsəlmanlara qarşı hücumlara göz yumduğu bilinir.
Məlumat üçün bildirək ki, “Open doors” təşkilatı təqib olunan xristianların qorunması işində ən fəal QHT-lərdən biridir. Hər ilin əvvəli “Xristianların təqib edilməsi İndeksi ilə bağlı statistik sənədi yayır. 1993-cü ildən etibarən hər il buraxılan indeks son bir il ərzindəki dövrü əhatə edir.
“Open Doors”-un hazırda Avropa və Latın Amerikasında 25 ofisi var, 70-dən çox ölkədə fəaliyyət göstərir. Baş ofis Niderlandda yerləşir
Sənədin tərtibatı üçün məlumatların toplanılmasında 4 minə yaxın şəxs iştirak edir. İndeksə Müqəddəs Taxt-tac tərəfindən də istinadlar edilir.