AZ

... Gülləkeçirməz jiletdə namaz qıldı

İranın Ali Məhkəməsinin öldürülən hakimləri Əli Razini və Məhəmməd Moqəyyisənin cənazə namazı Xomeyni adına məsciddə fars-molla rejiminin lideri Əli Xameneyi tərəfindən qılınıb.

Öldürülən hakimlərdən Əli Razini əvvəllər Ruhani Xüsusi təyinatlı Məhkəmənin şəriət hakimi, Silahlı Qüvvələrin Ədliyyə Təşkilatının rəhbəri və Tehran əyalətinin baş hakimi olub.  O, xüsusilə 1981-cı illərin sərt hökmləri və edamları, xüsusən 1988-ci ilin yayında siyasi məhbuslar barədə verdiyi edam qərarları ilə tanınır.

Məhəmməd Moqəyyisə isə təhlükəsizlik işlərində əsas hakimlərdən biri olub, Qızılhisar həbsxanasının nəzarətçisi, nəzarətçi köməkçisi və Qohərdəşt həbsxanasının rəisi kimi vəzifələrdə işləyib.  Son illərdə o, onlarla etirazçı və siyasi fəalı edam cəzasına məhkum edib, siyasi məhbuslara, jurnalistlərə və hüquq müdafiəçilərinə ağır cəzalar verib.

Əli Xameneyinin cənazə namazındakı görünüşü və əbası diqqətdən kənarda qalmayıb. ABŞ Demokratiyaları Müdafiə Fondunun rəhbəri, vəkil Mark Dubovitz “X” hesabında İranda öldürülən məhkəmə hakimlərinin vida mərasimində ölkənin ali rəhbəri Əli Xameneyinin şəklini paylaşaraq, “Xameneyi ona nifrət edən İran xalqından haqlı olaraq qorxduğu və amansız İslam Respublikasının sonunu gözlədiyi üçün gülləkeçirməz jilet geyinir”, – yazıb

Seçilən
16
vaxt.az

1Mənbələr