AZ

Türkiyədə Ekrem İmamoğlu ilə bağlı istintaq başladı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyədə İstanbul Baş Prokurorluğu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu barəsində istintaqa başlayıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə NTV (Türkiyə) telekanalı xəbər yayıb.
Məlumata görə, Ekrem İmamoğlu bir televiziya proqramında iştirak edərkən İstanbul baş prokuroru Akın Gürlek və ailəsinə qarşı səsləndirdiyi ifadələrə görə "hədə" və "terrorizmlə mübarizə aparan şəxsləri hədəf göstərmə" ittihamları ilə üzləşib.
Xatırladaq ki, Ekrem İmamoğlu 2019-cu ildə keçirilən bələdiyyə seçkisində 54% səs toplayaraq İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri seçilib.
Seçilən
24
2
oxu.az

10Mənbələr