Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev yeni təşkilatla müqavilə imzalayıb.
Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev yeni təşkilatda döyüşəcək.
"Operativ Media" xəbər verir ki, 35 yaşlı idmançı bu barədə rəsmi "X" hesabında paylaşım edib. Musayev "Global Fıght League"də mübarizə aparacaq. O, paylaşdığı postda "yeni səyahət, eyni məqsəd" yazıb.
Qeyd edək ki, Tofiq Musayev son olaraq "Bellator" təşkilatında döyüşüb.