2024-cü ildə Rusiyadan ən çox nefti Çin alıb.
Sfera.az “Reuters”ə istinadən xəbər verir ki, Çinin Rusiyadan neft tədarükü 2023-cü illə müqayisədə 1% artaraq rekord səviyyəyə çatıb.
Rusiyadan tədarükün həcmi (boru kəməri və dəniz daşımaları da daxil olmaqla) 108,5 milyon ton olub. Bu, sutkada 2,17 milyon barel neft deməkdir.
Çinin neft idxalında ikinci sırada Səudiyyə Ərəbistanı dayanıb. Bir ildə Çin Səudiyyə Ərəbistanından 78,64 milyon ton neft və ya gündəlik təxminən 1,57 milyon barel neft tədarük edib. Çinin Səudiyyə Ərəbistanından neft tədarükü 9% azalıb.
Çinin Rusiyadan daha çox neft idxal etməsinə səbəb, Rusiyanın Çinə sərfəli qiymətlər təklif etməsidir.
Vasif
Sfera.az