Cənubi Koreyada hərbi vəziyyətin elan edilməsi ilə bağlı aparılan istintaq çərçivəsində prezident vəzifəsindən uzaqlaşdırılan və rəsmən həbs edilən Yoon Suk Yeol yerləşdiyi təcridxanada təkadamlıq kameraya salınıb."Yonhap" agentliyinin məlumatına görə, Cənubi Koreya Penitensiarının baş direktoru Şin Yonq-hae məsələ ilə bağlı açıqlama verib.Dünən həbs edilən Yoonun paytaxt Seuldakı təcridxanada 12 kvadratmetrlik tək kameraya salındığını deyən Şin, "Yoon şübhəlilərin saxlandığı gözləmə otağından ümumi təcridxanaya aparılıb" qeyd edib.Bu arada Şin bildirib ki, prezident aparatının təhlükəsizlik xidməti rəsmiləri və polis Yoonun tərəfdarlarının onu azad etmək üçün mümkün cəhdlərinə qarşı təhlükəsizlik tədbirləri görüblər.Bundan əlavə, polis və xüsusi istintaq qrupu prezident aparatında və prezident iqamətgahı şəhərciyindəki təhlükəsiz binada axtarış aparmaq və təhlükəsizlik kamerası görüntüləri kimi dəlilləri əldə etmək üçün hərəkətə keçib.Korrupsiyaya Qarşı İstintaq İdarəsinin (CIO) rəsmisi açıqlamasında bildirib ki, əvvəllər hərbi vəziyyətin istintaqı ilə bağlı ifadə verməkdən imtina edən Yoonun ifadəsini təmin etmək üçün tədbir görüləcək."Hazırda biz onu ifadə vermək üçün zorla gətirməyi ciddi şəkildə düşünürük. Həmçinin istintaq təcridxanasına dindirilmək üçün getməyi də düşünürük", - deyə məmur bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta