AZ

İki gün əvvəl 6 qəpiyə satılırdı, indi tapılmır

Xəbər verdiyimiz kimi, artıq iki gündür ki, Bakıdakı supermarketlərdə yumurta qıtlığı yaşanır. (https://publika.az/news/sosial/552665.html) Bir neçə gün əvvəl yumurta 7-8, bəzi marketlərdə isə hətta 6 qəpiyə satılırdı, indi isə tapılmır. Bu vəziyyət əhali arasında bəzi şayiələri artırır. İddialara görə, anbarlarda saxlama müddətinin bitməsinə az qalmış xeyli yumurta qaldığı üçün onu ucuz qiymətə satıblar. Süni yaradılan böhranın məqsədi isə önümüzdəki günlərdə qiyməti qaldırmaqdır. Ehtimal olunur ki, yumurta 20 qəpiyə qədər bahalaşacaq.

Məsələ ilə bağlı Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları İctimai Birliyinin (APEPEA) sədri Mürvət Həsənli Publika.az-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- İki gün əvvəl mağazalarda yumurtanın qiyməti 9-10 qəpikdən 6-7 qəpiyə endirildi. Anbarlarda xeyli yumurta yığılıb qaldığı və artıq vaxtı keçmək üzrə olduğu üçün bu addımın atıldığı iddia olunur. Qiymətlərin enməsinin əsl səbəbi nədir?

- Azərbaycanda yumurtanın alışı bir az zəiflədiyinə görə qiymətlər endirilib. Yəni təklif tələbi üstələyib. Bu günlərdə qiymətlərin 6-7 qəpiyə düşməsinin səbəbi bazarda yumurtanın çoxluğudur. Digər iddialar isə həqiqəti əks etdirmir. Vaxtı keçmiş məhsulların satılmasından söhbət belə gedə bilməz.

- Ucuz yumurta satılıb qurtarandan sonra iki günə yaxındır ki, mağazalarda yumurta tapılmır. İddialara görə, bu, yeni gətiriləcək yumurtanın qiymətinin qaldırılması üçün qəsdən edilib. Qıtlığın səbəbi nədir?

- Bu halın baş verməsi mümkün deyil. Hazırda anbarlarda 50 milyondan çox yumurta yığılıb qalıb. Qıtlıq halı olsaydı, qiymətlər də endirilməzdi. Önümüzdəki günlərdə də yumurtanın qıtlığı gözlənilmir. Anbarlarda kifayət qədər yumurta mövcuddur.

Seçilən
24
2
publika.az

2Mənbələr