Alimlər sübut ediblər ki, meqaquraqlıqlar artır və daha da şiddətlənir.Meqaquraqlıqlar uzun müddət yağış yağmaması səbəbindən ciddi təhlükə yaradır, su ehtiyatlarının tükənməsinə, ərzaq təhlükəsizliyinə və meşə yanğınlarının tezliyinə səbəb olur. İsveçrə Federal Meşə, Qar və Landşaft Tədqiqatları İnstitutundan Dirk Kargerin rəhbərlik etdiyi qrup 1980-2018-ci illər arasında dünyada baş vermiş meqaquraqlıqları araşdırıb.Yanvarın 16-da “Science” jurnalında dərc olunan araşdırmada ən azı iki il davam edən 13 000-dən çox quraqlıq müəyyən edilib. Tədqiqatlar 1980-ci illərdən bu yana budövrlərin daha quru və isti olduğunu müəyyən edib.Alimlərin araşdırmlarına görə, demək olar ki, bütün qitələrdə böyük quraqlıqlar baş verir. Bu quraqlıqların ən şiddətlisi 2008-2014-cü illər arasında Şimali Amerikada qeydə alınıb. 2022-ci ildə aparılan başqa bir araşdırma 2000-2021-ci illər arasında bölgədə yaşanan meqa quraqlığın son 1200 ilin ən şiddətlisi olduğunu göstərib.Yeni araşdırmalar quraqlığın daha geniş ərazilərə yayıldığını da ortaya qoyur. Müəyyən edilib ki, 500 ən şiddətli davam edən quraqlıqdan təsirlənən ərazilər hər il təxminən 50 min kvadrat kilometr genişlənir. Karger bu ərazinin İsveçrənin səthindən daha böyük olduğunu deyir.Peyk görüntülərindən istifadə edilən təhlillər quraqlığın ekosistemlərə təsirini də ortaya qoyub. Müəyyən edilib ki, çəmənliklər və otlaqlar suyun miqdarının dəyişməsinə daha həssasdır və yaşıldan qəhvəyi rəngə çevrilib. Tropik və tayqa meşələri nisbətən az təsirlənsə də, ekspertlər gələcəkdə bu möhkəm ekosistemlərin də zədələnə biləcəyi barədə xəbərdarlıq ediblər.Tədqiqat insanların yaratdığı iqlim dəyişikliyinin meqaquraqlıqlara birbaşa təsirini müəyyən etməsə də, alimlər tapıntıların hazırkı gözləntilərə uyğun olduğunu deyirlər. Temperatur artdıqca torpaqdan buxarlanma sürətlənir, yağıntının azalması isə quraqlığın şiddətini və müddətini artırır.Kolumbiya Universitetindən Benjamin Kuk bildirib ki, tədqiqat uzunmüddətli quraqlıqların şiddətli meşə yanğınları və ya qasırğalar kimi iqlim fəlakətləri kimi ciddi nəticələrə səbəb ola biləcəyini vurğulayıb. Kuk “Həm insanlar, həm də ekosistemlər üçün ən böyük problem quraqlığın ümumi təsiridir” deyib.Qeyd edək ki, meqaquraqlığın artması təkcə ekosistemlər üçün deyil, həm də bəşəriyyət üçün narahatedici problemdir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta