AZ

Yanvarın 20-si Kubada matəm günü elan edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Kubanın hakimiyyət orqanları Olqin hərbi dairəsində döyüş sursatı anbarının partlaması nəticəsində həlak olan hərbçilərin xatirəsinə yanvarın 20-ni matəm günü elan edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ölkə Prezidenti Migel Dias-Kanel Bermudes "X" sosial şəbəkəsində məlumat verib.
Xatırladaq ki, yanvarın 7-də səhər saatlarında hərbi texnika istehsalı müəssisəsində qəza baş verib. İlkin məlumatlara görə, sursatların partlamasına qısaqapanma səbəb olub. Hadisə nəticəsində 13 hərbçi həlak olub.
"Olqin hərbi dairəsində hərbi materialların saxlandığı tikinti meydanında həlak olan igid əsgərlərin xatirəsinə yanvarın 20-si səhər saat 6-dan gecəyarısına qədər rəsmi matəm günü elan etmişik", - deyə Bermudes paylaşımda bildirib.
Seçilən
30
50
oxu.az

10Mənbələr