Latviyada müdafiə xərclərini Ümumi Daxili Məhsulun (ÜDM) 5%-nə çatdırmaq məqsədi ilə yaxın gələcəkdə dövlət büdcəsində vəsaitlərin optimallaşdırılacağı açıqlanıb.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Latviya Prezidenti Edqars Rinkeviçs bildirib.
“Bu, xərclərin azaldılması ilidir. İxtisarların qəbuledilməz olduğu yeganə sahə təhlükəsizlikdir. Bəzi xərcləri azaltmaqla həll yollarını tapmalı olacağıq”, - o qeyd edib.
Rinkeviçsin sözlərinə görə, bu məsələ ABŞ ilə danışıqlardan asılı olacaq.
Qeyd olunub ki, hazırda Latviya müdafiə sənayesinin tələbatı artıq ÜDM-in 4%-ni keçir.