AZ

“Heç yerə getmirəm” – Bayden həm gedir, həm də getmir...

ABŞ Prezidenti Co Bayden vəzifəsinin son günündəki çıxışı zamanı "heç yerə getmədiyini" deyib.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bazar günü Cənubi Karolinada prezident kimi son gününü başa vuran Bayden amerikalıları "daha yaxşı gələcəyə inamını saxlamağa" çağırıb. Bayden prezident kimi son gününü iki kilsəyə səfər etməklə və mətbuat konfransı keçirməklə başa vurub. Bazar günü səhər saatlarında keçirilən mətbuat konfransında o, Fələstin məsələsini müzakirə edib, lakin suallara cavab verməyib.

Bayden həmçinin Kral Missioner Baptist Kilsəsində çıxış edərək, Martin Lüter Kinq və Robert Kennedini özünün siyasi qəhrəmanları kimi qeyd edib. O, Cənubi Karolinaya dəstək üçün təşəkkürünü bildirib: “Cənubi Karolina xalqı: İnancınız üçün təşəkkür edirik. Sizin prezident kimi fəaliyyət göstərmək şərəf idi. Mən sizə dərin minnətdarlığımı bildirirəm”.

“AzPolitika.info”

Seçilən
7
azpolitika.info

1Mənbələr