Türkiyənin müxalifət partiyalarından olan İYİ Partiyadan istefa verən deputat Ünal Karamanla bağlı sürpriz iddia yayılıb.
"Cebheinfo.az" xəbər verir ki, onun hakim Ədalət və İnkişaf Partiyasına qatılacağı deyilir.
Hətta Ünal Karamanla bir müddət əvvəl İYİ Partiyadan istefa verən Kürşad Zorlunun eyni gündə Ədalət və İnkişaf Partiyasına (AK Parti) qatılacağı iddia olunur.
Xatırladaq ki, son yaşanan istefalardan sonra İYİ Partiyanın Türkiyə Böyük Millət Məclisindəki deputat sayı 44-dən 28-ə düşüb.