20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Bakı metropoliteninin kollektivi Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət edib.
Bu barədə News24.az-a Bakı metropolitenindən məlumat verilib.
Metropoliten əməkdaşları şəhidlərimizin məzarları üzərinə qərənfillər düzüblər.
Metropolitençi şəhidlər İlqar Qarayev və Əflatun Kazımovun da məzarları ziyarət edilib, xatirələri ehtiramla anılıb.