Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, 20 Yanvar faciəsindən dərhal sonra 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirdi. Həmin il noyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında Ümummilli Lider Heydər Əliyev tərəfindən hazırlanan “1990-cı il yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” adlı qərar qəbul edildi. Qərarda törədilən qırğınlar Azərbaycan SSR-in suveren hüquqlarına, demokratik proseslərə qəsd, dinc əhaliyə qarşı zorakılıq və təcavüz kimi qiymətləndirilmişdi. Qərarda SSRİ rəhbərliyinin hadisənin törədilməsində böyük günahı olduğu vurğulanmış, günahkarların cinayət məsuliyyətinə cəlb olunması tələb olunmuşdu. 20 Yanvar gününün hər il Naxçıvan Muxtar Respublikasında Milli matəm günü kimi qeyd edilməsi qərara alınmış və bu günün respublika səviyyəsində qeyd edilməsi Azərbaycan Respublikası Ali Sovetindən xahiş edilmişdi. Bu qərarla 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verildi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta