Bakı. Trend:
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq,Azərbaycan Respublikasının vətəndaşı, 2023-cü ildə İran İslamRespublikasında saxlanılmış Səfərli Fərid Qabil oğlu beynəlxalqhüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində 18.01.2025-ciil tarixində İran İslam Respublikasından təhvil alınaraq ölkəmizəqaytarılıb.
Trend xəbərt verir ki, bubarədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin vəDövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında qeyd olunub.
Bildirilir ki, Fərid Səfərli tibbi müayinədən keçdikdən sonraailəsinə qovuşub.
Azərbaycan Respublikasının vətəndaşlarının ölkə hüdudlarındankənarda hüquq və mənafelərinin qorunması istiqamətində zəruritədbirlərin görülməsi bundan sonra da davam etdiriləcəkdir.