AZ

Vatikan tarixində bir ilk: Qadın qubernator təyin ediləcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Roma Papası Fransisk Vatikanın qubernatoru postuna rahibə Raffaella Petrininin təyin ediləcəyini açıqlayıb.
Oxu.Az-ın xəbərinə görə, o, bu barədə İtaliyanın "Che tempo che fa" ("Hava necədir") tok-şousunun efirində danışıb.
Qeyd edək ki, Vatikan tarixində ilk dəfə olaraq bu vəzifəyə qadın təyin ediləcək. Şəhər dövlətin yaranmasından sonra keçən son 96 il ərzində bu postu ancaq kişilər tutub.
Məlumata görə, Raffaella Petrini 2021-ci ildən Vatikan qubernatorluğunun baş katibi postunu tutur. O, martda 80 yaşı tamam olacaq arxiyepiskop Fernando Verqes Alsaqanı əvəz edəcək.
Xatırladaq ki, yanvarın əvvəlində Papa Fransisk italiyalı rahibə Simona Brambillanı katolik kilsəsinin dini əmrlərinə nəzarət edən departamentinə rəhbər təyin edib. O, tarixdə Vatikan qurumlarından birinə rəhbərlik edən ilk qadın olub.
Seçilən
30
1
oxu.az

2Mənbələr