AZ

Bayraktar TB2 PUAsı atış sınağını uğurla başa vurub

Bakı, TurkicWorld

Bayraktar TB2 pilotsuz uçuş aparatı BOZOK və KAYI-30 sursatları ilə atış sınağını uğurla başa vurub.

TurkicWorld xəbər verir ki, bu barədə Baykar İdarə Heyətinin sədri Səlcuq Bayraktar məlumat verib.

Səlcuq Bayraktar sınaqlarla bağlı paylaşdığı videoda “BOZOK və KAYI-30 Sursat Atış Testi. Birbaşa zərbə." ifadələrinə yer verilib.

Qeyd edək ki, KAYI Güdümlü Miniatür Sursat Ailəsi bütün yerli və milli alt komponentlərlə hazırlanmışdır. KAYI döyüş sursatları dəyişən əməliyyat anlayışlarına uyğun olaraq piyada əleyhinə, zirehli-deşici/nüfuz edən və ya termobarik döyüş başlıqları ilə istifadə oluna bilər.

TÜBİTAK Müdafiə Sənayesi Tədqiqat və İnkişaf İnstitutu tərəfindən hazırlanmış BOZOK lazerlə idarə olunan pilotsuz hava vasitəsi döyüş sursatıdır. BOZOK, asimmetrik döyüş mühitlərində pilotsuz uçuş aparatlarını effektiv hücum qabiliyyəti ilə təmin edərək, əməliyyat çevikliyini təmin edir. Onun yüngül çəkisi və miniatür dizaynı pilotsuz uçuş aparatlarının yük qabiliyyətini artırmağa kömək edir.

Seçilən
24
turkic.world

1Mənbələr