Avstriyada kabinədəki tüstüdən məcburi eniş edən təyyarədə olan isveçrəli stüardessa dünyasını dəyişib.
News24.az infoaz.ws-ə istinadla xəbər verir ki, bu barədə “Swiss Air Lines” məlumat yayıb.
Qeyd olunur ki, “LX1885” reysinin ekipaj üzvü Avstriyanın Qrats şəhərində xəstəxanada dünyasını dəyişib.
Nəşr xatırladır ki, dekabrın 23-də Buxarestdən Sürixə uçan təyyarə “Airbus A220-300” təyyarəsinin mühərrikində uçuş zamanı yaranan problemlərə görə yaranan tüstü səbəbindən Qratsa enməyə məcbur olub.
Avia-şirkət “ailəsinə hörmət əlaməti olaraq” bələdçi haqda əlavə təfərrüat açıqlamayıb. “Swiss Air Lines”-in baş əməliyyat direktoru Oliver Buxqofer isə şirkətin “müvafiq orqanlarla birlikdə işçinin ölümünün səbəblərini müəyyən etmək üçün mümkün olan hər şeyi edəcəyini” vəd edib:
“Bizim çoxlu suallarımız var və onların cavablandırılmasını istəyirik… Həmkarımızın və komandamızın üzvünün itkisi məni utandırır və dəhşətə gətirir”.