Bakı. Trend:
20 yanvar tarixində Azərbaycan Respublikasının İsrailDövlətindəki Səfirliyində 1990-cı il 20 Yanvar tarixində baş vermişfaciəvi hadisələrin 35-ci ildönümünə həsr olunmuş anım tədbirikeçirilib.
Azərbaycanın İsraildəki Səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdəİsraildə yaşayan Azərbaycan icmasının nümayəndələri, o cümlədən 20yanvar hadisələrinin canlı şahidləri olan şəxslər iştirakediblər.
Tədbir 20 yanvar gecəsi şəhid olmuş şəxslərin xatirəsini yadetmək üçün 1 dəqiqəlik sükutla başlamışdır. Daha sonra tədbiriştirakçılarına 20 Yanvar hadisələrini təsvir edən qısa metrajlıfilmi nümayiş edilmişdir. Film nümayişindən sonra, AzərbaycanRespublikasının İsrail Dövlətində Səfiri Muxtar Məmmədov, AZİZBeynəlxalq Assosiasiyasının prezidenti Adam Amilov və 20 Yanvarhadisələrinin canlı şahidləri olan Azərbaycan diasporununnümayəndələri tərəfindən müzakirə formatında çıxışlar olub.
Qeyd edək ki, çıxış edən şəxslər arasında Shimon Peres 20 Yanvargecəsi təcili tibbi yardım xidmətində çalışmış, Petr Lukimson həmindövrdə Bakıda nəşr olunan “Elm” qəzetinin redaktoru və hadisələriişiqlandıran jurnalistlərdən biri olub, Azərbaycan DövlətRadiosunun ictimai-siyasi verilişlər şöbəsinin keçmiş redaktoruViktoriya Dolinskaya və onun həmkarları isə həmin gecə Sovettankları tərəfindən hücuma məruz qalmış jurnalistlər arasındaolublar, lakin xilas olublar.