AZ

Gəncədə qoşular arasında davada qadın DÖYÜLDÜ

Gəncədə 53 yaşlı qadın döyülüb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində baş verib.

1972-ci il təvəllüdlü Ziyafət Süleymanova döyülmə xəsarətləri ilə Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib. Qadına ilkin tibbi yardım göstərilib, vəziyyəti orta ağırdır.

İlkin məlumata görə, qadın qonşuları tərəfindən döyülüb. Davaya səbəb qonşunun evinə suyun dolması olub.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Seçilən
15
34
bizim.media

10Mənbələr