Mingəçevir ərazisində yol nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə Xaldan-Mingəçevir magistral yolunda baş verib.
Belə ki, "Vaz-21010" markalı maşının sürücüsü idarəetməni itirərək yol kənarında işıq dirəyinə çırpılıb. Zərbənin təsirindən avtomobil çaya aşıb.
Hadisə nəticəsində avtomobilin sürücüsü 1959-cu il təvəllüdlü Əhmədov Qüdrət Məmi oğlu baş nahiyəsindən və döş qəfəsindən aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb. Onun nəvəsi 17 yaşlı oğlan isə xəsarət almayıb.
Hər iki şəxs Ağdaşdan yas mərasimindən qayıdırmış.