AZ

50 min insan havaya görə öldü

Ötən il İranda havanın çirklənməsi səbəbindən təxminən 50 min insanın ölüb.

News24.az Söz.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Məhəmməd Rza Zəfərkəndi Milli Təmiz Hava Günü Konfransındakı çıxında bildirib.

O, havanın çirklənməsinin vurduğu iqtisadi ziyanın 12 milyard dollar civarında olduğunu bildirib.

Beynəlxalq standartların hər kubmetr havada 5 mikroqramdan çox hissəciklərin olmasını çirklilik olaraq qəbul etdiyini vurğulayan Zəfərkəndi, “Biz bunu 12 mikroqram olaraq təyin edirik. Hətta öz meyarlarımıza görə, ölkəmizin şəhərləri ildə orta hesabla 247 gün çirkli hava ilə nəfəs alır. Bu müddət paytaxt Tehran üçün 353 günə qədər uzanır" deyib. 



Seçilən
13
20
news24.az

10Mənbələr