Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Meksika körfəzinin adını AmerikaKörfəzi adlandırmaq və Alyaskadakı Denali dağını əvvəlki adı olanMakKinli dağına qaytarmaq planlarını açıqlayıb.
Trend-in məlumatına görə, o, bu barədə inauqurasiya nitqindəbildirib.
"Böyük Prezident Uilyam MakKinlinin adını MakKinli dağınaqaytaracağıq", - deyə D.Tramp qeyd edib.
O, prezident MakKinlinin tariflər və işgüzarlığı ilə ölkəninçiçəklənməsinə mühüm töhfə verdiyini vurğulayıb: “MakKinli əslbiznesmen olub”.