AZ

İran rejiminin anti-Azərbaycan təbliğatı davam edir

Bu dəfə Urmiyanın Sərdar məscidində “Dünya Müsəlman Azəriləri Günü” adlanan mərasim keçirilib.

Cümə axşamı günü keçirilən bu mərasimdə İran rejiminin Ekspertlər Məclisinin üzvü Molla Əsgər Dirbaz çıxış edərək, həmişə olduğu kimi, xalqın dini hisslərindən İran rejiminin məqsədləri üçün istifadə etməyə cəhd göstərib.

Həmçinin Mustafa Quluzadə Əliyar adlı şəxs Qafqaz və Azərbaycan üzrə tədqiqatçı adı altında çıxış edərək Azərbaycan hökumətinə və türk millətinə qarşı yalanlar səsləndirib.

Yerli qaynaqların məlumatına görə, telefonlara bilinməyən qaynaqdan gələn mesajlarda insanlar “19 Yanvarın Anım Günü üçün Xalq Qərargahı” adlı tədbirə dəvət edilib, lakin İran rejiminin bir sıra muzdluları və rejimə bağlı şəxslərdən başqa, heç bir sadə insan toplantıda iştirak etməyib.

visiontv.az



Seçilən
10
visiontv.az

1Mənbələr