AZ

Qlobal çağırışların həlli üçün ümid günü...

Dünyanın bir sıra liderləri ABŞ Prezidenti Donald Trampı vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib.

“İki sahil” xəbər verir ki, onlar "X"dəki hesablarında növbəti prezidentlik müddətində Trampa uğur arzulayıblar.

Almaniya kansleri Olaf Şolts təbrikində ABŞ-nin Berlinin ən yaxşı müttəfiqi olduğunu bildirib: “Siyasətimizin məqsədi həmişə yaxşı transatlantik əlaqələrdir”.

Böyük Britaniyanın Baş naziri Kir Starmer də Tramp təbrik edib. O bildirib ki, Britaniya və ABŞ arasında əlaqələr gələcək illərdə də çiçəklənməyə davam edəcək.

Pakistanın Baş naziri Şahbaz Şərif Vaşinqtonla ikitərəfli əlaqələri gücləndirməyi səbirsizliklə gözlədiyini bildirib: “Donald Trampa ikinci prezidentlik müddətində uğurlu fəaliyyət arzulayıram”.

İsrail Prezidenti Benyamin Netanyahu da Trampı təbrik edib və ona ən xoş arzularını çatdırıb.

Ukrayna Prezidenti Volodimir Zelenski də onu sosial şəbəkə hesabında təbrik edib: “Prezident Trampı və Amerika xalqını Birləşmiş Ştatların 47-ci prezidentinin andiçmə mərasimi münasibətilə təbrik edirəm. Bu gün dəyişiklik günü və eyni zamanda bir çox problemlərin, o cümlədən qlobal çağırışların həlli üçün ümid günüdür. Prezident Tramp hər zaman qətiyyətlidir”.

“Biz hamımız birlikdə çalışmalıyıq ki, bu əsr uğursuzluğumuzu istəyənlər üçün deyil, demokratiyalar üçün böyük və uğurlu əsr olsun. Sizə uğurlar arzulayırıq, Prezident Tramp! Biz fəal və qarşılıqlı faydalı əməkdaşlığa ümid edirik. Biz birlikdə daha güclüyük. Biz dünyaya və xalqlarımıza daha böyük təhlükəsizlik, sabitlik və iqtisadi artım təmin edə bilərik”, - o əlavə edib.

İspaniyanın Baş naziri Pedro Sançes təbrikində bildirib ki, ölkəsi strateji əlaqələri gücləndirmək və ümumi qlobal problemləri həll etmək üçün ABŞ-nin yeni administrasiyası ilə işləməyi səbirsizliklə gözləyir.

Avstraliyanın Baş naziri Entoni Albaneze ABŞ-nin ölkəsinin böyük dostu olduğunu qeyd edib: “Bizim ittifaqımız heç vaxt bu qədər güclü olmayıb. Qarşıda duran imkanlar və problemlər üzərində sizinlə işləməyi səbirsizliklə gözləyirəm”.

Xatırladaq ki, 2024-cü ilin noybrında ABŞ-də keçirilən prezident seçkilərində Donald Tramp qalib gəlib. O, bu gün and içib və vəzifəsinin icrasına başlayıb.

Seçilən
2
ikisahil.az

1Mənbələr