AZ

Harri Keyn kitab yazacağını istisna etmir

“Bayern”in və İngiltərə yığmasının ulduz mərkəz hücumçusu Harri Keyn gələcəkdə kitab yazıb-yazmayacağı ilə bağlı sualı cavablayıb.

Arena.az “Goal” dərgisinin “Cleats” dərgisinə istinadı əsasında, ingilis futbolçunun bu barədə cavabını təqdim edir:

“Bu, elə, mənim düşündüyümdür. Mən bunu yaxın vaxtlarda etməyəcəyəm, amma bəlkə də karyeramı bitirdikdən sonra həyatımı və bəzi şəxsi anlarımı baxışdan keçirmək gözəl olardı. Hələlik bu, baş verməyəcək. Ola bilsin ki, on ildən sonra bu barədə düşünmək gərək olacaq”, deyə Keyn bildirib.

Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə, London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 23 oyuna çıxıb, 22 qol və 10 məhsuldar ötürmə ilə fərqlənib.

Harri Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 68 oyun, 66 qol və 22 məhsuldar ötürmədən ibarətdir.

Harri Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 103 oyuna 69 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Əlavə edək ki, Keyn böyük futboldakı karyerası ərzində komanda səviyyəsində hələ, bir qənimət belə, qazana bilməyib.

Seçilən
19
arena.az

1Mənbələr