AZ

Təbrizli tədqiqatşı dünyasını dəyişib

Güney Azərbaycanın tanınmış yazıçı və tədqiqatçılarından olan Sirus Qəməri Surxabi 86 yaşında dünyasını dəyişib.

Bu barədə yerli mədəni fəallar məlumat yayıb.

Bildirilib ki, Şəhriyarın köhnə dostlarından olan yazıçı bu gün Təbrizin "Vadi rəhmət" qəbristanlığında torpağa tapışırılıb.

Qeyd edək ki, Sirus Qəməru Surxabi 1938-ci ildə Təbrizin tarixi Surxab məhəlləsində anadan olub.

O, Xaqani və Talibiyyə məktəblərində təhsil aldıqdan sonra,Təbriz Universietinin ərəb dili və ədəbiyyatı fakultəsini bitrib.

Azərbaycan türkcəsində olan əsərlərin tədqiqi və nəşri ilə məşğul olan alim, bu dildə olan kitabların yayılmasına xüsusi səy göstərib.

visiontv.az



Seçilən
20
visiontv.az

1Mənbələr